Kreml atəşkəs şərtlərini açıqlamayacaq - Peskov
2025-05-29 15:44:02

Kreml hələlik Ukrayna ilə atəşkəs üçün hansı şərtlər irəli sürəcəyini və bu tələblərin Rusiya memorandumu layihəsində yer alıb-almadığını açıqlamaq niyyətində deyil.
Hurriyyet.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Tərəflər arasında mübadilə edilən layihələrin məzmununu açıq şəkildə müzakirə etməyəcəyik. Çünki bütün danışıqlar açıq rejimdə deyil, qapalı şəkildə aparılmalıdır”, - o bildirib.
axar.az
