Saat:18:46
Haqqımızda

KREDİTƏ AVTOMOBİL ALDI, 2 AY ÖDƏNİŞ EDƏ BİLMƏDİYİ ÜÇÜN ZORLA ƏLİNDƏN ALDILAR, ÜSTƏLİK... – Xalid Əliyev “Bank VTB”-ni ittiham edir / ŞİKAYƏT

2024-04-03 16:09:21

KREDİTƏ AVTOMOBİL ALDI, 2 AY ÖDƏNİŞ EDƏ BİLMƏDİYİ ÜÇÜN ZORLA ƏLİNDƏN ALDILAR, ÜSTƏLİK... – Xalid Əliyev “Bank VTB”-ni ittiham edir / ŞİKAYƏT

Bakı şəhəri, Sabunçu rayonu, Muxtar qəsəbəsi, Əmir Bağırov küçəsi 25-də yaşayan Əliyev Xalid Paşa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, 2012-ci ildə 12 min dollarA (köhnə məzənnə ilə təxminən 9360 manat) birinci əl “Chevrolet Aveo” markalı avtomobil alıb. Bu zaman ilkin ödəniş olaraq 4500 manat ödəyib, qalan məbləği hissə-hissə ödəmək üçün avtomobili “Bank VTB”-nin İsmayıllı rayon filialında girov qoyub.

Hər ay 502 manat olmaqla, təxminən 8 ay müddətində kredit borcunu davamlı olaraq və vaxtında ödəyib. Sonradan ailəvi problemləri yarandığından 2 ay krediti ödəyə bilməyib. Bu zaman ona bank tərəfindən xəbərdarlıq gəlib: “Getdim, dedim ki, imkanım yoxdur, gələn aydan ödəyəm. Dedilər artıq lazım deyil, avtomobil hərraca çıxarılacaq”, - deyən Xalid Əliyevin sözlərinə görə, sonradan avtoservisdə maşının yağını dəyişdirərkən, “Bank VTB”-nin İcra şöbəsinin “qoluzorlu əməkdaşları” güc tətbiq edərək avtomobili əlindən alıblar.

X.Əliyev deyir ki, bu hadisədən sonra avtomobilinin harada saxlanıldığından xəbərsiz olub. 2017-ci ildə isə, ona xəbərdarlıq edilmədən, maşının hərraca çıxarıldığı və dəyərindən bir neçə dəfə aşağı qiymətə - 4 min manata satıldığı haqda məlumat əldə edib. Şikayətçinin sözlərinə əsasən, avtomobil ondan alındıqdan sonra həm naməlum şəxslər tərəfindən sürülərək yararsız hala salınıb, həm də guya “qəza keçirdiyi” görüntüsü yaratmaqla müəyyən detalları sökülüb. Burada isə məqsəd avtomobili hərracda dəyərdindən aşağı qiymətə öz yaxın adamlarına satmaq olub. Beləliklə, ona məlumat verilmədən, avtomobil dəyərindən çox aşağı qiymətə bank rəhbərliyinə yaxın şəxsə satılıb. Ən maraqlısı isə odur ki, hərrac zamanı avtomobilin buraxılış ili 2012 deyil, 2007 kimi göstərilib.

Xalid Əliyev bildirir ki, avtomobil hərraca çıxarılan günədək başqa şəxslər tərəfindən idarə olunduğundan, onun adına 2 min manata yaxın cərimə gəlib. Bütün bunlarla bağlı Dövlət Yol Polisinə müraciət etdikdən sonra həmin cərimələri sildirməyə nail olub.

Ən maraqlısı isə odur ki, “Bank VTB” X.Əliyevin avtomobilini zorla əlindən aldıqdan sonra “banka dəyən zərərin” ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib. 03.09.2014-cü ildə İsmayıll rayon Məhkəməsinin hakimi Azad Əliyevin qərarı ilə Xalid Əliyevin üzərinə belə bir öhdəlik qoyulub: “Əliyev Xalid Paşa oğlundan 9710.87 ABŞ dolları məbləğində əsas borc, 120.21 ABŞ dolları məbləğində faiz borcu və 1,40 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 9832.48 ABŞ dolları 48 sent Azərbaycan Respublikası Mərkəzi bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentində hesablanmaqla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat tutularaq Bank VTB (Azərbaycan) ASC-nə ödənilməsi, 9832.48 ABŞ dolları 48 sent və 30 manat məbləğinin tutulması ipoteka qoyulmuş Əliyev Xalid Paşa oğlunun adına AR DİN-nin Baş Dövlət Yol Polis İdarəsi QİS tərəfindən qeydiyyata alınmış “Chevrolet Aveo” minik markalı 99 DL 306 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2012-ci il olan, sedan tipli mühərrik A14XER19YTC025 və ban KLİTF69F9CB135575 olan avtomobilə hərrac vasitəsi ilə satılmaqla yönəldilməsi qət edilmişdir”.

Bundan sonra “Bank VTB” (Azərbaycan) ASC-nin İsmayıllı rayon icra şöbəsinə ünvanlanmış 09.08.2016-cı il tarixli 15440 saylı məktubuna əsasən, Əliyev Xalid Paşa oğluna məxsus və ipotekaya qoyulmuş “Chevrolet Aveo” minik markalı 99 DL 306 dövlət qeydiyyat nişanlı avtomobil “Bank VTB” (Azərbaycan) ASC-nin Sabunçu rayon ərazisində yerləşən dayanacaqda yerləşdiyi üçün Sabunçu İcra şöbəsi tərəfindən həmin avtomobilin qiymətləndirilməsi məqsədilə “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-nə 1002-16340/8 saylı 06.02.2017-ci il tarixdə məktubla müraciət edilmiş həmin iş üzrə əmlakın qiymətləndirilməsi nəticələri haqqında hesabata əsasən mübahisələndirilən daşınar əmlakın ilkin qiyməti “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-si tərəfindən avtomobilə 4000 manat qiymət qoyulmuşdur. İddia ilunur ki, sənədlər Daşınar və Daşınmaz Əmlakın Hərrac mərkəzinə göndərilmişdir: “Daşınar və Daşınmaz Əmlakın Hərrac mərkəzi tərəfindən tərəflərə gondərilmiş 19.05.2017-ci il 01/1867 saylı və 02.06.2017-ci il tarixli 01/2008 saylı açıq hərracın keçirilməsinə dair bildirişlərə əsasən, Əliyev Xalid Paşa oğluna məxsus və ipotekaya qoyulmuş “Chevrolet Aveo” minik markalı 99 DL 306 dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması 19.06.2017-ci il tarixə təyin edilmişdir.

İcra predmeti olan yuxarıda göstərilən avtomobilin açıq hərracının nəticələri haqqında 19.06.2017-ci il tarixli 3702 saylı protokoluna əsasən Əliyev Xalid Paşa oğluna məxsus və ipotekaya qoyulmuş “Chevrolet Aveo” minik markalı 99 DL 306 dövlət qeydiyyat nişanlı avtomobil qalib alıcı İsmayılov Məmməd Şahin oğlu tərəfindən 6400 manata alınmışdır. Bundan sonra icra işinə Sabunçu rayon məhkəməsinin İcra şöbəsi tərəfindən 22.08.2019-cu il tarixli qərarı ilə xitam verilmişdir”.

Qeyd edək ki, Əliyev Xalid Paşa oğlu məhkəmənin bu qərarından apellyasiya şikayəti verib. O, hesab edir ki, qiymətləndirmə hesabatı və açıq hərracın nəticələri barədə 19.06.2017-ci il tarixli 3702 saylı protokol və onun əsasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir: “Belə ki, mən kredit götürdüyüm zaman işləyirdim. Daha sonra, işimi itirdiyim üçün maddi vəziyyətimdə problemlər yaranmışdır. İmkanım olmadığına görə, banka olan borcumu ödəyə bilməmişəm. Bildirirəm ki, 2012-ci ilin avtomobili “2007-ci il” kimi yazılaraq saxtakarlıq edilmişdir. Daha sonra qiymətləndirmə düzgün aparılmamış, sənədlərə müdaxilə olunmuşdur.

Fotoda göstərilən avtomobil mənim deyildir, başqa avtomobil qoyulmuşdur. Avtomobil yeni, real bazar qiyməti 16 min manat olduğu halda 4 min manata satılmışdır. Buna mənim razılığım olmamışdır. Avtomobilin yağını dəyişdirdiyim zaman məcbur əlimdən alınmışdır. Halbuki ilkin ödəniş etmişəm. Mənim ilkin ödənişim verilsin, ya da maşınım qaytarılsın. Cavabdeh  - “Bank VTB” (Azərbaycan) ASC bu günə kimi pulunu tələb etməmişdir və mənim pulumu mənimsəmək niyyətindədir.

Belə ki, qiymətləndirmə hesabatı, hərracın nəticəsini və avtomobili “Bank VTB” (Azərbaycan) ASC qəbul etmişdir. Sabunçu icra şöbəsinin xitam qərarı ləğv olunduğu halda X.Əliyevin mülkiyyətində olan sözügedən avtomobilin qaytarılması üçün axtarışını tələb edirik”.

Qeyd edək ki, bütün bunlara baxmayaraq məhkəmə qərarı Əliyev Xalid Paşa oğlunun əleyhinə, “Bank VTB”-ın lehinə olub. Üstəlik, hazırda ondan “banka olan 6 min manat borcunun” ödənilməsi tələb edilir. X.Əliyevin sözlərinə görə, İsmayıllı rayon İcra şöbəsində ona deyiblər ki, 1500 manat qarşılığında bütün borcu silə bilərlər: “Əlavə olaraq 6 min manat ödəməli olduğumu deyirlər. Yaşar adlı əməkdaş deyir ki, 1500 manat ver, hamısını siləcəm, sənə kağız verəcəm ki, borcunu yoxdur”.

Hazırladı: Jalə FAMİLQIZI

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR