Kosmosda turizm erası başlanır

2021-09-14 16:22:00

Kosmosda turizm erası başlanır

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, “SpaseX” şirkəti ilk dəfə olaraq heç biri kosmonavt olmayan 4 nəfər sərnişini dünyanın ətrafında 3 gün gəzdirəcək. “SpaseX” raketi ilə ediləcək kosmos səyahətinin xərcini 38 yaşlı biznesmen Cared Ayzekman öz üzərinə götürüb.

Ayzekman səfər haqqında belə deyib: “Bu, adi insanların gedib ulduzlar arasında macəraya atıla biləcəyi bir dünyaya doğru ilk addımdır”.

Səyahətdə Ayzekman ilə birlikdə uşaq ikən xərçənglə mübarizə aparmış 29 yaşlı səhiyyə işçisi, geologiya müəllimi və keçmişdə hərbi pilot olmuş 42 yaşlı qadın var.

Kosmos turistlərinin səfəri çərşənbə gecəsi başlanacaq. Raket Kennedi Kosmos Mərkəzindən havaya qalxacaq.