Saat:18:15
Haqqımızda

Korotçenko Putinə belə HAQQ QAZANDIRDI: “Onun hərəkətləri məntiqlidir...”

2022-02-24 15:32:00

Korotçenko Putinə belə HAQQ QAZANDIRDI: “Onun hərəkətləri məntiqlidir...”

“Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Rusiyanın Donbassdakı hərbi əməliyyatını şərh edib.

Musavat.com xəbər verir ki, NEWS.ru-a açıqlamasında ekspert baş verənləri nəhəng geosiyasi və tarixi dəyişikliklər adlandırıb:

“Vladimir Putinin hərəkətləri məntiqli və başa düşüləndir. O, düşmənin hava hücumundan müdafiə mövqelərinin məhv edilməsini, həmçinin Ukraynanın mümkün müharibə üçün tramplinə çevrilməsinə imkan verməmək istəyini əməliyyatın əsas vəzifəsi adlandırıb. Fevralın 24-nə keçən gecə Rusiya Federasiyasının Prezidenti ruslara müraciət edərək bildirib ki, o, “Donbasda xüsusi hərbi əməliyyat” keçirmək qərarına gəlib".

Bundan əlavə, mütəxəssis rus qoşunlarının əsas vəzifəsini açıqlayıb:

“Mülki əhali üçün təhdid yoxdur, çünki zərbələri Rusiya yüksək dəqiqlikli silahlarla həyata keçirir. Bu gün Rusiya hərbi əməliyyatının ilk saatlarında həll olunan əsas vəzifə Ukrayna Baş Qərargahını qoşunların mərkəzləşdirilmiş idarə edilməsi imkanından məhrum etmək, hərbi aerodromlar şəbəkəsini sıradan çıxarmaq, hava hücumundan müdafiə mövqelərini və əməliyyat-istiqamətlərini məhv etməkdir. Yayılan məlumatlara əsasən, Ukrayna sərhəd qüvvələri rus bölmələrinə heç bir müqavimət göstərmir. Mülki əhaliyə heç bir ziyan dəyməyib, sadəcə Ukrayna silahlı qüvvələrinin hərbi infrastrukturu sıradan çıxıb”, - Korotçenko vurğulayıb.

Ekspert Rusiya rəhbərliyinin qətiyyətini sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün maksimum həll yollarının həyata keçirilməsi baxımından Azərbaycan rəhbərliyinin 2020-ci ildə göstərdiyi qətiyyətlə bərabərləşdirib:

“Hesab edirəm ki, bir gün əvvəl Rusiya ilə Azərbaycan arasında genişmiqyaslı strateji tərəfdaşlıq sazişnin imzalanması təsadüfi deyil və bu baxımdan Putinin qəbul etdiyi qərarların məntiqi və ardıcıllığının hərbi və siyasi baxımdan məqsədəuyğun olduğunu düşünürəm”.

Musavat.com