Koronavirusun reklam kampaniyası yenidən başlandı
2023-09-18 18:33:07
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyanın Rospotrebnadzor qurumunun mətbuat xidmətinin jurnalistlərə açıqlamasında koronavirusun BA.2.86 variantının, başqa adla deyilsə, “pirola”nın virusun əvvəlki növləri ilə müqayisədə daha yoluxucu olduğunu bildirib.
Açıqlamada “pirola”nın “omikron”un əvvəl aşkar edilmiş variantları ilə müqayisədə əlavə mutasiyalara malik olduğu və daha tez yoluxduğu, virusun bu növü ilə bağlı yeni testlərin, preparatların və peyvəndlərin hazırlandığı deyilir.
Hürr Tərcüman