Koronavirusa yoluxan Bil Qeytsin öz vəziyyəti və insanları çipləşdirmək məsələsi barəsində maraqlı açıqlamaları

2022-05-11 13:01:00

Koronavirusa yoluxan Bil Qeytsin öz vəziyyəti və insanları çipləşdirmək məsələsi barəsində  maraqlı açıqlamaları

Hurriyyet.az xəbər CNN Türk kanalına istinadla xəbər verir ki, amerikalı biznesmen, dünyanın ən zəngin insanlarından olan “Maykrasoft” şirkətinin qurucusu Bill Qeyts koronavirusa yoluxub. O “Tvitter”dəki açıqlamasında Kovid-19 testinin cavabının müsbət çıxdığını bəyan edib. Qeyts yazıb: “Kovid-19 testimin cavabı müsbət çıxıb. Yüngül əlamətlər hiss edirəm və yenidən sağalana qədər özümü təcrid edərək mütəxəssislərin tövsiyələrinə əməl edirəm. Peyvənd edildiyim, gücləndiyim, testlərə və mükəmməl tibbi nəzarətə malik olduğum üçün bəxtim gətirib. Qeyts fondu ili ildən sonra ilk dəfə bu gün toplaşacaq. Ortaqlarla işləməyə davam edəcəyik. Heç birimizin yenidən bir pandemiya ilə qarşılaşmağa məcbur olmaması üçün əlimizdən gələn hər şeyi edəcəyik”.

Xatırladaq ki, bu ilin fevral ayında Bill Qeyts demidi: “Daha bir pandemiya ilə üzləşəcəyik. Bu səfər fərqli patogen olacaq”.

Yanvar ayında isə Bill Qeyts çip və peyvəndlə bağlı onun ünvanına səsləndirilən ittihamlardan şikayətlənərək demişdi: “Sən, mən və Entoni Fauçi (ABŞ Prezidentinin baş tibb müşaviri - red.) kimi insanlar bir çox yanlış ittihamlara məruz qaldıq. Bu qədərini gözləmirdim. İnsanların qollarına taxmağım məntiqli gəlmir. Bunu niyə etməliyəm ki?”

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya