Saat:00:13
Haqqımızda

Koronavirus xəstəsi olan əməkdaş işə gəlib? - İcra hakimiyyətindən AÇIQLAMA

2022-08-10 15:53:00

Koronavirus xəstəsi olan əməkdaş işə gəlib? - İcra hakimiyyətindən AÇIQLAMA

Sosial şəbəkədə İmişli rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin əməkdaşının koronavirus xəstəsi olduğu halda işə gəldiyi haqda görüntülər paylaşılıb.

Sosial şəbəkə istifadəçiləri paylaşılan fotoda Rahim Zaidov adlı əməkdaşın yorğun və halsız olduğunu iddia ediblər. Fotodakı şəxsin COVID-19 infeksiyasına yoluxduğu halda işə gələrək başqalarını da yoluxdurması istifadəçilər tərəfindən qınanılıb.

Hurriyyet.az-ın məlumatına görə, İmişli rayon İcra Hakimiyyətinin İnformasiya şöbəsinin müdiri Azad Həsənli Cebhe.info-ya bildirib ki, həmin adam artıq sağlamdır:

“Həmin əməkdaşın karantin müddəti bitib. Avqustun 2-də infeksiyaya yoluxub, karantin müddəti də 7 gün olduğu üçün əməkdaş bu gündən işdədir. Şəkil qərəzli şəkildə çəkilib, paylaşılıb. Şəkildən elə görünür ki, sanki xəstədir, yorğundur, amma elə bir şey yoxdur”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR