Konstitusiyası Cenevrədə müzakirəyə qoyulan Suriyada gün ərzində ikinci kütləvi qətliam
2021-10-20 14:59:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Cenevrədə Suriyanın Konstitusiya Komitəsinin iclasının keçirildiyi bir zamanda İdlib bölgəsində atəşkəs pozulub.
Suriyanın hökumət qüvvələri tərəfindən İdlib vilayətinin Eriha qəsəbəsindəki bazara hücum edilib. Artilleriya atəşi nəticəsində aralarında uşaqların da olduğu 10 nəfər həlak olub, 35 nəfər yaralanıb. Yaralıların bəzilərinin vəziyyəti ağırdır. Bazarın yaxınlığında məktəb olduğu üçün insan itkisinin arta biləcəyi ehtimal edilir.
Xəbər verdiyimiz kimi, bu gün Suriyanın paytaxtı Dəməşq şəhərinin mərkəzində terrorçuların hərbi avtobusda quraşdırdıqlarını minanın partlaması nəticəsində 14 nəfər suriyalı hərbçi həlak olub, iki nəfər yaralanıb.
Hürr Tərcüman