"Konstitusiya Məhkəməsi haqqında" qanuna dəyişiklik edilir

2022-06-20 19:59:00

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

İclasda “Konstitusiya Məhkəməsi haqqında” qanuna edilən dəyişiklik təklifi müzakirə edilib.

Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı vəzifə maaşından, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vəzifə maaşına əlavələrdən, digər müavinətlərdən və Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün aylıq vəzifə maaşının 50 %-i məbləğində vergilərdən azad olunan aylıq pul təminatından ibarət olacaq.

Qüvvədə olan qanuna görə Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı vəzifə maaşından, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vəzifə maaşına əlavələrdən, digər müavinətlərdən və Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Milli Məclisi deputatının aldığı məbləğdə vergilərdən azad olunan aylıq pul təminatından ibarətdir.

Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 3500 manat olacaq.

Layihə qəbul edilərək Milli Məclisin plenar iclasına tövsiyə edilib.\\E-huquq.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya