Kondoliza Rays: Növbəti prezidentin kim olmasından asılı olmayaraq, ABŞ Kiyevi dəstəkləməyə davam edəcək

“Stenford Universiteti”nin “Huver İnstitutu”nun direktoru Kondoliza Rays BBC-yə müsahibəsində bildirib ki, 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, Ağ Ev Kiyev rejimini dəstəkləməyə davam edəcək.
“Amerika prezidenti, indi və ya gələcəkdə kim olursa olsun, əlbəttə ki, amerikalıların qlobal münaqişələrdən yorğunluğundan çıxış edə bilərək bunu başqasının üstünə ata bilər: qoy bunu başqası etsin! Amma düşünürəm ki, sonda Amerika və onun xalqı həmişə işin öhdəsindən gəlib - Birinci Dünya Müharibəsində, İkinci Dünya Müharibəsində, 11 sentyabrda, indi də Ukraynada. Düşünürəm ki, siz görəcəksiniz. Siz bunu bir daha görəcəksiniz”, deyə Respublikaçı prezident Corc Buş dövründə keçmiş milli təhlükəsizlik müşaviri və ABŞ-ın dövlət katibi olan Rays bildirib.
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya