Saat:04:56
Haqqımızda

“Kömürçü Residence” cərimələnə bilər: Tullantılar haqqında qanunvericilik pozulub

2024-10-30 11:04:47

“Kömürçü Residence” cərimələnə bilər: Tullantılar haqqında qanunvericilik pozulub

“Kömürçü Residence” MMC-yə inzibati protokol yazılıb.

Hurriyyet.az xəbər verir ki, protokol ETSN tərəfindən İnzibati Xətalar Məcəlləsinin 266.2-ci (Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin icraatındadır./Pravda.az/

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.168360