Saat:20:26
Haqqımızda

Komitə sədrindən gənclərə DƏSTƏK: COP ideyaları daim aktual olacaq

2024-11-14 21:54:17

Komitə sədrindən gənclərə DƏSTƏK: COP ideyaları daim aktual olacaq

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi edir. Bunu ölkəyə gələn dövlət və hökumət başçıları çıxışlarında da təsdiqləyirlər. Bu gün artıq konfransın üçüncü günüdür. Tədbirdə iştirak etmək üçün 196 ölkədən 72 min iştirakçı qeydiyyatdan keçib, 80 prezident, vitse-prezident, baş nazir Bakıya gəlib və gəlməyə davam edirlər.

Qlobal əhəmiyyətli tədbirin müxtəlif mərhələlərində gənclər də aktiv iştirak edir. Modern.az-a danışan Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib ki, COP ideyasının gənclərə çatdırılması və prosesdə gənclərin aktiv iştirakı olduqca əhəmiyyətlidir:

"Ölkəmizdə dünya əhəmiyyətli qlobal tədbir keçirilir. Düşünürəm ki, Azərbaycan bu tədbirə uğurla evsahibliyi edir. Bundan sonra keçiriləcək COP tədbirləri üçün təşkilati, yüksək səviyyəli idaərçilik baxımdan Bakıdakı tədbir həm də bir yol xəritəsi təqdim edir. Ümumiyyətlə, gələcək üçün COP ideyasının gənclərə çatdırılması və prosesdə gənclərin aktiv iştirakı olduqca əhəmiyyətlidir. Noyabrın 12-də ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə gənclərlə bağlı COP29 çərçivəsində tədbir keçirilmişdi. Həmin tədbirdə gənclərin prosesdə aktiv iştirakının önəmi vurğulanmışdı. Hazırda ölkəmizdə keçirilən COP29-da minlərlə könüllülərimiz, aktiv gənclər, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir. Bununla yanaşı,bir çox ölkələrdən gənc iştirakçılar bu prosesə qatılıblar. Azərbaycanlı gənclər bu prosesdə yalnız iştirakçı deyil, həm də aktiv rola malikdirlər. Bundan sonrakı dövrdə COP ideyalarının daşınması, yaşamasında Azərbaycan gənclərinin aktiv rol oynacaqlarını düşünürəm".

Komitə sədri vurğulayıb ki, COP ideyaları gənclərin sayəsində Azərbaycanda daim aktual olacaq:

"Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Hər zaman böyük tədbirlərdə Azərbaycan gəncliyi də iştirak edib. Bu gün COP29-a minlərlə könüllərimizin cəlb olunması, müxtəlif panel müzakirələrində gənclərimizin aktiv iştirakı, COP29-a axın edən insanların tərkibində gənclərin çoxluğu deməyə əsas verir ki, bundan sonrakı dövrdə COP ideyları Azərbaycanda daim aktual olacaq. Azərbaycan gəncliyi dünyanın rahat nəfəs alması, dünyanın ekovəziyyətinin qorunması, COP-un qarşısında qoyduğu hədəflərə dünyada nail olmaq üçün təkcə yerli miqyasda yox, beynəlxalq miqyasda da aktiv rol oynayacaq".

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.204182