Saat:09:53
Haqqımızda

"Komediyanın sonu" - Kobaxidze etirazlardan danışdı

2024-12-17 13:59:54

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla  xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədəki etiraz dalğasının zəiflədiyini bəyan edib.
Kobaxidze brifinqdəki çıxışında deyib: "Biz artıq dördüncü inqilab cəhdini arxada qoyduq  — 800 nəfər (axırıncı aksiyada iştirak edənlərin sayı). Bir daha təkrar edirəm: 4 siyasi partiya və 10-dan artıq ən güclü QHT  — təkcə elə onların əməkdaşlarını və fəallarını götürəndə bir neçə dəfə 800 nəfər edər. Bütün bu 4 partiya və 10-dan artıq QHT Rustaveli prospektinə  800 nəfər də toplaya bilməyib. İtalyanlar demişkən, "finita lya komediya".
Hürr Tərcüman