Saat:07:29
Haqqımızda

Kolumbiyada prokuroru tətil zamanı GÜLLƏDİLƏR

2022-05-11 21:35:00

Kolumbiyada prokuroru tətil zamanı GÜLLƏDİLƏR

Paraqvayda mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizədə ixtisaslaşmış prokuror vəzifəsində çalışan Marselo Peççi Kolumbiyanın Baru adasında güllələnib.

Prokuror Peççi hadisə yerində ölüb, həyat yoldaşı Klaudiya Aqilera isə hücum zamanı xəsarət almayıb.

Sahildə iki nəfərin onlara yaxınlaşdığını deyən Aqilera, “İki nəfər Marseloya hücum etdi.  Və  Marselonu iki dəfə vurdu”, – deyib. Qətli törədən şəxslər qısa zamanda ərazidən uzaqlaşıblar. Cinayət işi ilə  ilə bağlı genişmiqyaslı araşdırma başladılıb.

Kolumbiya Milli Polisinin direktoru Xorxe Luis Varqas verdiyi açıqlamada ABŞ-dan olan rəsmilərin də istintaqa köməklik göstərəcəyini bildirib.

Paraqvay prezidenti Mario Abdo Benites hücumu “qorxaqcasına qətl” kimi qiymətləndirərək deyib: “Biz bu faciəli hadisəni ən kəskin şəkildə pisləyir və mütəşəkkil cinayətkarlıqla mübarizəyə sadiqliyimizi bir daha təsdiqləyirik”.

Cütlüyün qaldığı “Decameron” otelindən verilən açıqlamada “Qatillər çimərliyə gələrək qonaqlarımızdan birinə hücum edərək öldürdülər” deyilib.

Prokuror Pecci hücumdan saatlar əvvəl İnstaqram hesabında paylaşdığı paylaşımda həyat yoldaşının hamilə olduğunu açıqlayıb. \\Gundem.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR