Saat:09:20
Haqqımızda

"KOLLEKTİV QƏRB" STRATEJİ NİYYƏTİNİ HƏYATA KEÇİRİR

2025-06-25 10:57:02

ABŞ-ın sabiq dövlət katibi, Sülh üzrə Nobel mükafatı laureatı Henri Kissincer demişdi ki: "Neft-qaz və digər iqtisadi  qaynaqlara sahib olduqları səbəbindən ABŞ Orta Şərqdə  bir çox ölkəni öz təsiri və  nəzarət altında saxlamaq üçün strateji layihə hazırlayıb. Bu layihəyə uyğun olaraq artıq ciddi addımlar atılıb.
İndi də növbə İranındır. İranı nəzarətimizə  almaq üçün  bircə  addım qalıb. Çin və Rusiya yuxudan oyananda Üçüncü Dünya müharibəsi başlayacaq.
Bu priseslərdə  iki supergüc – İsrail və ABŞ zəfər qazanacaq. İsrail bütün qüvvəsi ilə müharibə aparmağa məcbur olacaq.
Beləliklə, əksər ərəb ölkələri  və Orta Şərqin hamısı bizim nəzarətimizə keçəcək."Hadisələrin gedişi göstərir ki, həqiqətən ABŞ başda olmaqla  "Kollektiv Qərb" strateji niyyətini addlm-addım yerinə yetirməklə məşguldur.
İraq, Misir, Səudiyyə  Ərəbistanı , İordaniya, Oman, BƏƏ, Livan , Küveyt kimi ölkələr ABŞ-ın nəzarətindədir.
2022-ci ildə aranı qızışdıraraq, həm  Rusiyanı həm də  Ukraynanı dəhşətli  müharibənin "bataqlığına" saldılar.  Bununla dünyanın ən güclü Qlobal oyunçularlndan biri olan Rusiya Fedarasiyasının 
başını özünə qarışdırdılar.
13 iyun 2025-ci il tarixində isə  gecə saatlarından başlayaraq, İsrail İrana hücum etdi. Bunun ardınca Ərəb ölkələrində  yerləşən ABŞ hərbi bazalarından da İrana çoxsaylı hava zərbələri endirildi.
ABŞ-ın və İsrailin İrana zərbələrinə cavab olaraq, Tehran da İsrailə və  Amerikanın Yaxın Şərqdəki hərbi bazalarına raket zərbələri endirib.
Çin, Pakistan, Rusiya, Şimali Koreya kimi ölkələr  ABŞ və  İsrail başda olmaqla  "Kollektiv Qərbə" müqavimət göstərə bilməsi üçün İrana kömək edirlər.
Tələb olunan silah-sürsat və raketlərlə İranı  təchiz edirlər.
Hadisələrin gedişi göstərir ki, artıq İsrail və ABŞ  İranın müqaviməti qarşısında tab gətirməkdə  çətinlik çəkirlər.
ABŞ nəzarətində olan ərəb ölkələrinin siyasətçiləri  tərəfindən İrana atəşkəs təklifi  edib. Tehran bu təkifi qəbul edib.
Əslində atəşkəs təklif etmək ABŞ-ın vaxtı ilə Əfqanıstanda olduğu kimi geri çəkilməsi deməkdir.
Nəticə etibarı ilə  həm  İranda həm  İsraildə evlər dağıldı , insanlar həlak oldu. ABŞ-ın  hərbi bazaları da ziyan çəkdi. 
Məlumatlara görə, son bir həftədə İsraildən 250 min yəhudi qaçıb. Kütləvi qaçış durmadan davam edir...
Atəşkəs haqqında şifahi  razılaşmanın nə qədər çəkəcəyi məlum deyil.
Düşünürük ki, təbii resurlar : neft, qaz, var-dövlət və diğər maddi nemətlər günahsız dinc insanların həyatından üstün olmamalıdır.

Qəvami SADIQBƏYLİ
24 İyun 2025-ci il

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.159521