"Koka-Kola"nın xalis gəliri AÇIQLANDI

2021-07-21 20:01:00

Dünyanın ən böyük alkoqolsuz içki istehsalçısı olan "Koka-Kola" şirkətinin 2021-ci ilin ikinci rübündə xalis mənfəəti 48 faiz artıb.

Bunu şirkətin baş direktoru Ceyms Kuinsi deyib.

C.Kuinsi bildirib: "İkinci rüb üzrə nəticələr bizim biznesin bütövlükdə iqtisadiyyatdan daha sürətli bərpa olunduğunu göstərir".

"Koka-Kola"nın iyulun 2-si sona çatan rübdə xalis mənfəəti 2,641 milyard dollar təşkil edib. Ötən ilin anoloji dövründə xalis mənfəət 1,779 milyard dollar təşkil etmişdi. \\Axar