Saat:07:30
Haqqımızda

Köhnə əl dəyirmanları yoxa çıxandan, çörəyin həm ətri, həm də ruzisi yoxa çıxıb

2022-08-12 19:50:00

Köhnə əl dəyirmanları yoxa çıxandan, çörəyin həm ətri, həm də ruzisi yoxa çıxıb

Biz hələ pandemiya dönəmindən də öncə təbliğat aparanda ən çox toxunduğumuz ev şəraitində hazırlanan yeməklər idi.İndi bütün dünya, israfçılığın qarşısını almaq üçün çətin hazırlana bilən yeməklərin trendinə başlayıb. Bura evdə hazırlanan çörəklər də daxildir. Biri var un alıb çörək bişirilə, biri də var əvvəlki kimi buğdanı əl dəyirmanında üyüdüb çörək hazırlana.

İndi ortaya bir sual çıxır ki, əl dəyirmanında hazırlanan çörəklə dükanda satılan çörəyin fərqi nədir? Burda böyük bir fərq var. Birincinin tamında, qoxusunda fərq var. Yəni, dükanda satılan çörəklə, evdə çovdarla tam buğda ununun qarışığından hazırlanmış çörək arasında fərq var. Çünki evdə bişirilən çörəkdə rüşeym qismi ayrılmır. Zatən bütün mikroelementlər, vitaminlər buğda və çovdarın qabığındadır. Dükandan aldığımız çörəyin qabığı, rüşeym qismi ayrılır “əla növ” un əldə olunur. “Əla növ” undan hazırlanan çörək də zavod çörəyi adlanır. Bu da elmi dildə desək, boş karbohidratdır, heç bir vitamindən və mikroelementlərdən söhbət gedə bilməz”.

Evdə buğdanın çovdarla üyüdülüb bişirilməsi həm də dietik sayılır: “Bu çörəyin qida dəyəri o qədər yüksəkdir ki, bir dilimdən artıq yemək olmur. Həmçinin bu, zavod çörəyindən bir az ağır olur. Gələcəkdə qıtlığı nəzərə alaraq ev dəyirmanları bərpa edilməli, insanların torpağa sevgisi birə beş artmalıdır. Hamı qutu evlərdən çıxıb kənd evlərinə köçməlidir, şəhər anlayışı olmalı deyil. Qıtlıq olmaması üçün bunu etməliyik, çünki yeni dünya düzəninin oyunlarında başda qıtlıq gəlir”.

 

Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov 

Mənbə: Qidaelmi.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR