Saat:03:54
Haqqımızda

Köçəryan və Sarkisyan təcili iclas tələb edir - Ermənistanda siyasi gərginlik artır

2024-04-09 17:00:24

Köçəryan və Sarkisyan təcili iclas tələb edir - Ermənistanda siyasi gərginlik artır

Ermənistanın keçmiş prezidentləri Robert Köçəryanın və Serj Sərkisyanın rəhbərlik etdikləri “Ermənistan” və “Mənim şərəfim var” fraksiyaları Azərbaycanla sərhədlərin delmitasiyası və demarkasiyası ilə bağlı parlamentin təcili sessiyasının keçirilməsini tələb edir.

Hurriyyet.az xəbər verir ki, müxalifət partiyaları spiker Alen Simonyana ünvanladıqları məktubda İrəvanla Bakı arasında delmitasiya və demarkasiya müzakirələrində Ermənistan adından çıxış edən şəxsləri “Dövlət sərhədi haqqında” qanunu və konstitusiyanı pozan bəyanatlar verməkdə, bu sahədə ən yaxşı beynəlxalq təcrübəyə məhəl qoymamaqda ittiham ediblər.

İclasda əsas məruzə ilə Ermənistan fraksiyasının deputatı Artur Xaçatryan çıxış edəcək. Müxalifət Baş nazirin müavini Mher Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyanın müvafiq məruzəçi qismində iştirakını təklif edib.

Rəsmi Bakı İrəvandan Tavuş rayonu ilə Qazax rayonu sərhədində yerləşən 4 kəndi dərhal geri qaytarmağı tələb edir. Paşinyanın sözlərinə görə, Azərbaycanın bildirdiyi 4 kənd - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı Alma-Ata bəyannaməsinə əsasən, de-yure Ermənistanın ərazisi deyil. Bu kəndlər 90-cı illərdən Ermənistan tərəfindən işğal edilib. Gürcüstana gedən dövlətlərarası yol, Ermənistana daxil olan qaz kəməri həmin kədnlərin ərazsindən keçir.

Paşinyan hesab edir ki, müqavimətin sonu müharibə ilə nəticələnəcək.

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.193992