Saat:13:11
Haqqımızda

KÖÇƏRYAN SÜLHƏ QARŞI ÇIXDI – “İran amilindən” istifadəyə çağırır

2022-09-28 13:49:00

KÖÇƏRYAN SÜLHƏ QARŞI ÇIXDI – “İran amilindən” istifadəyə çağırır

Bu gün Ermənistanın ikinci Prezidenti Robert Köçəryan İrəvanda mətbuat konfransı keçirib.

Kremlin İrəvanda "əsas adamı" hesab olunan Köçəryanın bu çıxışı eks-prezident Ter-Petrosyanın "Azərbaycanla sülhə getməsək, yenidən dövlət qurmalı olacağıq' bəyanatından sonra maraqla gözlənilirdi. Ölkənin birinci Prezidenti İrəvanın 44 günlük müharibədə kapituliyasiya etdiyini, Qarabağ üzərində bütün təsirini itiridiyini və Azərbaycan, Türkiyə ilə sülhə getməkdən başqa çarəsinin olmadığını bəyan etmişdi.

R.Köçəryan isə bildirib ki, Ermənistan dərin təhlükəsizlik böhranı yaşayır və hakimiyyət ölkənin ərazi bütövlüyünü qoruya bilmir. Onun sözlərinə görə, Azərbaycanın son addımları nümayiş etdirdi ki, Ermənistan hakimiyyəti öhdəliklərini yerinə yetirmək üçün müqaviləsi olduğu beynəlxalq tərəfdaşları prosesə cəlb edə bilmir.

İkinci Prezident hesab edir ki, ölkədəki son mitinqlər vəziyyətin partlayış həddində olduğunu bir daha göstərdi. "Bir tərəfdən cəmiyyət qərarlar tələb edir, digər tərəfdən isə veriləcək qərarlar ölkə daxilində iğtişaşlara səbəb ola bilər”.

Onun fikrincə, heç kim zəif ölkə ilə hesablaşmayacaq, dilənçilik edən ölkəyə hörmət etməz: "Bizim regionda amilimiz azalıb və düzünü desək, biz özümüz bunu plintus səviyyəsinə çatdırmışıq. Bizim taleyimiz danışıqlar masası üzərindədir".

Köçəryan qeyd edib ki, müharibədən iki il sonra Ermənistan sərhəd təhlükəsizliyini gücləndirmək üçün İran amilindən istifadə etməyib. Onun sözlərinə görə, 2021-ci ilin mayında İran tərəfi ilə (Tehranın təşəbbüsü ilə) sərhəddə təlimlər keçirmək üçün danışıqlar aparılıb, lakin Ermənistan tərəfi reaksiyasız qalıb. Eks-prezident hesab edir ki, indi də İranla razılığa gəlmək hələ gec deyil, çünki onun üçün regionda milli maraqların qorunması vacibdir.

Azpolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR