Saat:02:03
Haqqımızda

Kobaxidze Ukraynadakı müharibənin nə vaxt bitəcəyini söyləyib

2024-07-30 11:15:22

Kobaxidze Ukraynadakı müharibənin nə vaxt bitəcəyini söyləyib

Hurriyyet.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ukraynadakı müharibənin gələn il başa çatacağını və elə o zaman Gürcüstan ilə ABŞ arasında münasibətlərin yenilənəcəyini söyləyib.
Kobaxidze bu açıqlamanı Gürcüstanın "İmedi" telekanalına müsahibəsində verib. Onun fikrincə, Ukraynada hərbi əməliyyatlar 2025-ci ildə dayandırılacaq. Baş nazir qeyd edib ki, münaqişə başa çatandan sonra Gürcüstan hakimiyyəti üçün Vaşiqntondakı istənilən rəhbərliklə - istər demokratlarla, istərsə də respublikaçılarla münasibətləri yeniləmək daha asan olacaqdır.
Kobaxidze Gürcüstan-ABŞ münasibətlərinin yenilənməsinin Vaşiqnton hökumətinin əlində olduğunu və Tbilisinin qarşı tərəfdən addımlar gözlədiyini söyləyib.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.243615