Kobaxidze: "Gürcüstan öz ərazi bütövlüyünü bərpa etməyi planlaşdırır"
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Gürcüstan öz ərazi bütövlüyünü sülh yolu ilə bərpa etməyi planlaşdırır. Ölkənin Baş naziri vəzifəsini icra edən İrakli Kobaxidze parlamentdəki çıxışı zamanı deyib: "Bizim qarşımızda duran ən əsas məsələlərdən biri ərazi bütövlüyümü sülh yolu ilə bərpa etməkdir. Bu hədəfə çatmağımız əlbəttə ki, qlobal tendensiyalardan asılıdır. Bu məsələnin tam həll ediləcəyinə çox ümid edirik".
Bəlli olduğu kimi, 2008-ci ilin avqustunda gürcü qoşunlarının Tsxinvalini nəzarət altına almağa cəhd etməsindən sonra Gürcüstan-Cənubi Osetiya münaqişəsi baş vermişdi. Rusiya avqustun 8-də Rusiya vətəndaşlarını və regiondakı sülhməramlılarını qorumaq adı ilə bölgəyə ordu yeridib və gürcü qoşunlarının geri çəkilməsinə səbəb oldu. 2008-ci il avqustun 26-da Rusiya Cənubi Osetiya ilə Abxaziyanın müstəqilliyini tanıdı.
Hürr Tərcüman