Saat:20:04
Haqqımızda

Klub rəhbəri şəhərinin iş adamlarına səsləndi - AÇIQLAMA

2024-04-26 21:43:41

Klub rəhbəri şəhərinin iş adamlarına səsləndi - AÇIQLAMA

I Liqanın 23-cü turunda doğma meydanda “Zaqatala”nı 2:1 hesabı ilə məğlub edən “İmişli” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Əgər AFFA Premyer Liqada komandaların sayını artırsa, “çəhrayı pələnglər” yüksək dəstədə iştirak edə biləcək potensialdadır.

Xəbər verdiyimiz kimi, klub artıq bu istiqamətdə işlərə başlayıb. Heydər Əliyev adına “İmişli” şəhər stadionunda mövsüm bitən kimi bərpa işləri başlanacaq.

Bilirsiniz ki, RDC şirkəti klubun yeganə mailiyyə dəstəyidir. Kollektiv Premyer Liqaya vəsiqə qazansa, büdcəsi normal komanda formalışdırmağa bəs edəcək? Sualımızı “İmişli”nin icraçı direktoru Aqşin Mürsəlova ünvanladıq. Klub rəsmisi Offsideplus.az-a məsələ ilə bağlı bunları dedi:

“FİF-in dəstəyi ilə komandamıza "RDC Group" şirkəti 31.06.2024-ci il tarixinə qədər baş sponsor olaraq cəlb edilib. Premyer Liqaya çıxdıqdan sonra kompaniya ilə müqaviləni yeniləyəcəyimizi düşünürük. Əlavə olaraq, "DaşlI Bulaq" su sponsoru kimi cəlb edilib.
Marketinq işlərimiz davam edir. Kluba həm əlavə sponsor, həm də əlavə gəlir cəlb olunması ilə bağlı işçi heyətimiz çalışır”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.291817