Saat:14:36
Haqqımızda

Klub prezidentləri, tanınmış futbol şərhçisi saxlanıldı - İstanbulda geniş əməliyyat

2025-12-05 13:46:16

Klub prezidentləri, tanınmış futbol şərhçisi saxlanıldı - İstanbulda geniş əməliyyat

Türkiyənin İstanbul şəhərində futbolda qanunsuz mərc oyunları ilə bağlı aparılan genişmiqyaslı istintaq çərçivəsində sabiq hakim və tanınmış futbol şərhçisi Ahmet Çakar saxlanılıb.

Hurriyyet.az Halk TV-yə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində səhər saatlarında futbolla bağlı müxtəlif sahələrdə çalışan çoxsaylı şəxslərə qarşı eyni vaxtda əməliyyat keçirilib.

Əməliyyat zamanı klub prezidentləri, rəhbər şəxslər, menecerlər və peşəkar futbolçular da daxil olmaqla bir sıra şəxslər saxlanılıb.

Əməliyyatın əsasən oyun nəticələrinə təsir göstərmə və qanunsuz mərc fəaliyyəti ilə bağlı şübhələr əsasında aparıldığı bildirilir.

Xatırladaq ki, sözügedən istintaq bu il oktyabrın 27-də Türkiyə Futbol Federasiyasının (TFF) o zamankı prezidenti İbrahim Hacıosmanoğlunun açıqlamalarından sonra rəsmən başlanıb. O, açıqlamasında 371 hakimin mərc hesabı olduğunu, onlardan 152-sinin aktiv şəkildə mərc oynadığını” azçıqlamışdı.

Bu bəyanatdan sonra prokurorluq tərəfindən aparılan ilk əməliyyatda 21 nəfər saxlanılmış, onlardan 8-i həbs edilib.