Saat:17:11
Haqqımızda

Kloze Mahiri tənbeh etdi - Əgər “qol orucu”nu pozmasan…

2024-12-04 20:34:57

Kloze Mahiri tənbeh etdi - Əgər “qol orucu”nu pozmasan…

Mahir Emreli Almaniya II Bundesliqasında növbətini oyununu keçirib.

Onun formasını geyindiyi "Nürnberq" öz meydanında "Fortuna" ilə qarşılaşıb.

Məhsuldar keçən görüşdə qapılara 4 qol vurulub. Start heyətində yer alan Mahir 75-ci dəqiqədə əvəzlənib. "Nürnberq" isə son dəqiqələrdə qələbə hesabını əldən verib - 2:2.

Son 4 turda qələbə qazanan bilməyən Miroslav Klozenin komandası 19 xalla 12-ci pillədə qərarlaşıb.

Baş məşqçi "Fortuna" ilə görüşdən sonra futbolçularını sərt tənqid edib. Ötənlərin məşhur hücumçusu millimizin forvardını da qınaq obyektinə çevirib.

Kloze Emrelini qeyri-sabit çıxışdan dolayı tənbeh eləyib. Deyib ki, «qol orucu»nu pozmasa, əsas heyətdəki yerini itirə bilər. \\SPORTİNFO.AZ