Klintondan baş nazirə dəstək: Rəqs etməyə davam edin

2022-08-29 22:39:00

Klintondan baş nazirə dəstək: Rəqs etməyə davam edin

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton sosial şəbəkədə Finlandiyanın baş naziri Sanna Marinə dəstək olaraq rəqs etdiyi fotonu paylaşaraq “Sanna Marin rəqsinə davam et” yazıb.

Klintonun bu mesajı Finlandiyada əks reaksiyaya səbəb olub.

ABŞ-ın keçmiş birinci xanımı və keçmiş dövlət katibi Hillari Klinton əyləncə həyatının və tənqid oxlarının hədəfi olan Finlandiyanın baş naziri Sanna Marinə dəstək olmaq üçün sosial media hesabında rəqs edərkən çəkilmiş şəklini yerləşdirib və “Sanna Marin rəqsinə davam et” yazıb. Klintonun paylaşımı Finlandiyanın baş naziri Sanna Marin də daxil olmaqla 150 mindən çox insan tərəfindən qısa zamanda bəyənilib. Finlandiyanın baş naziri Marin ürək emojisi ilə Klintona təşəkkür edib.

Marin ABŞ-ın dəstəyini təqdir etsə də, ölkəsində hamı bununla razılaşmayıb. Finlandiyadan olan bəzi sosial media istifadəçiləri Klintonu daxili işlərdən uzaq durmağa çağıraraq, onu öz ölkəsinin qayğısına qalmağa çağırıblar. \\Gundem.az 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058526