KİYEVİN QİSASI PUTİNİ QƏZƏBLƏNDİRİB... - Rus ordusu otelə raket zərbəsi endirdi + VİDEO

2023-01-03 17:00:00

KİYEVİN QİSASI PUTİNİ QƏZƏBLƏNDİRİB... - Rus ordusu otelə raket zərbəsi endirdi + VİDEO

Ukraynanın işğal altındakı Donetsk vilayətinin Makeyevka şəhərində kazarmaya endirdiyi zərbə nəticəsində yüzlərlə rus əsgərinin ölməsi Rusiya Prezidenti Vladimir Putini xeyli qəzəbləndirib. O, Ukraynaya genişmiqyaslı hücumlara başlamağı əmr edib.

Bunun nəticəsidir ki, döyüş meydanında ağır itkilər verən rus ordusu cəbhədəki məğlubiyyətlərin əvəzini Ukraynadakı mülkü obytektləri hədəf alaraq çıxmağa başlayıb.

Hurriyyet.az xəbər verir ki, hazırda ən qızğın döyüşlərin getdiyi Baxmut şəhərindən canlı yayım aparan Fransanın “Quotidien TMC” kanalı rus ordusunun daha bir müharibə cinayətini ifşa edib.

Belə ki, canlı yayım sırasında rus ordusu Baxmutdakı otel binasına raket zərbəsi endirib. Hadisə nəticəsində xeyli sayda insanın həlak olduğu bildirilir.

Ekspertlər qarşıdakı günlərdə Rusiyanın Ukrayandakı mülkü obyektlərə hücumlarının artacağını proqnozlaşdırırlar.

azpolitika.info


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.162858