“Kiyevə Rusiyanın dərinliklərinə zərbə endirmək silah verilməlidir”

2022-08-31 23:35:00

“Kiyevə Rusiyanın dərinliklərinə zərbə endirmək silah verilməlidir”

Ağ Ev Ukraynaya yeni hərbi yardım paketini açıqlamaq üzrədir.

Bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“...Yaxın günlərdə siz Ukraynaya təhlükəsizlik yardımının ayrılması ilə bağlı daha çox elan eşidəcəksiniz”.

Qeyd edək ki, Kirbi bunu çərşənbə günü agentliyin brifinqində deyib.

Bundan əvvəl ABŞ ordusunun istefada olan generalı Mark Arnold bildirmişdi ki, Dövlətlər və Şimali Atlantika Alyansı Kiyevi Rusiya Federasiyasının dərinliklərinə zərbə endirmək üçün silahla təmin etməli və Ukraynaya belə hücumlar həyata keçirməyə icazə verməlidir.

Arnoldun fikrincə, Qərbin Kiyevə verilən silahlardan Moskvaya qarşı istifadə etməmək tələbi “böyük strateji səhvdir”. Generalın fikrincə, ABŞ və müttəfiqləri Ukraynanı Rusiya Federasiyası ərazisinə zərbələr endirməyə qadir olan silahlarla təmin etməlidirlər. \\SİA

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.064914