Saat:07:38
Haqqımızda

Kiyevdən Moskva ilə atəşkəs barəsində açıqlama

2025-04-08 16:29:18

Kiyevdən Moskva ilə atəşkəs barəsində açıqlama

Hurriyyet.az xəbər verir ki, Ukrayna Ali Radasının Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Məsələləri Komitəsinin katibi Roman Kostenkonun sözlərinə görə, artıq may ayında atəşkəs planı reallaşdırıla bilər.
Kostenko deyib: "Bir çoxları may ayında atəşkəs barədə razılığa gəlməyin mümkün olacağını proqnozlaşdırır. Atəşkəs planının təklif oluna və ya hətta həyata keçirilə biləcəyini istinsma etmirəm. Amma sual ondan ibarətdir ki, biz bununla razılaşacağıqmı, bu, uzunmüddətli olacaqmı, ən əsası isə bu atəşkəs müharibənin sonu demək olacaqmı? Buna ciddi şübhələrim var".
Hürr Tərcüman