Saat:06:49
Haqqımızda

Kiyevdəki xatirə kompleksinə Azərbaycan bayraqları da sancıldı - FOTOLAR

2023-01-28 23:17:00

Kiyevdəki xatirə kompleksinə Azərbaycan bayraqları da sancıldı - FOTOLAR

Ukraynanın müdafiəsi uğrunda son 11 ay ərzində həlak olan döyüşçülərin xatirə komleksinə bu gün Azərbaycan bayraqları sancılıb.

Hurriyyet.az xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevdə yerləşən bu kompleksdə Rusiyanın təcavüzü nəticəsində şəhid olan hər bir hərbçinin xatirəsinə bir bayraq mövcuddur.

Qeyd edək ki, bu, artıq ənənə halını alıb və milliyyətindən asılı olmayaraq, kompleksdə Rusiya işğalına qarşı savaşda həlak olan hər bir döyüşçünün xatirəsinə bir bayraq sancılır. Hətta burada Kremlin yanında yer alan Belarusun dövlət bayraqlarına da rast gəlmək olar.

Xatırladaq ki, indiyədək bu müharibədə xeyli sayda azərbaycanlı həlak olsa da, nədənsə bu günə kimi həmin xatirə kompleksində Azərbaycan bayraqları gözə dəymirdi. Lakin, əldə etdiyimiz məlumata əsasən, bu gün bəzi soydaşlarımız Ukrayna müharibəsində həlak olan azərbaycanlıların xatirəsinə hörmət əlaməti olaraq kompleksə 20-yə yaxın Azərbaycan bayrağı sancıblar.

Bununla da, xatirə kompleksinə baş çəklməyə gələnlər orada artıq digər dövlətlərin bayraqları ilə yanaşı, Azərbaycan bayraqları ilə də qarşılaşmış olacaqlar.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR