"Kiyevdə su təchizatı tamamilə kəsilib" - Kiyevin meri Vitali Kliçko

2022-11-23 22:51:00

Vitali Kliçko bütün şəhərdə suyun verilişinin dayandırıldığını açıqlayıb.

Hurriyyet.Az xəbər verir ki, bununla əlaqədar Telegram kanalında sakinlərdən ehtiyat su yığmaq xahiş edilib. 

"Kiyevvodokanal"ın mütəxəssisləri  suyun bərpası üçün çalışırlar", - deyə Ukrayna paytaxtının rəhbəri bildirib.

Çərşənbə günü, noyabrın 23-də Ukraynanın demək olar ki, bütün ərazisində hava hücumu xəbərdarlığı elan edilib. Bunun ardınca raketlərin gəlişindən sonra partlayışlar barədə xəbərlər yayılıb. Nəticədə Kiyev hakimiyyəti infrastruktur obyektinə zərbə endirdiyini bildirib.

Bundan sonra şəhərin bir sıra rayonlarında elektrik enerjisi və su təchizatı kəsilib.Mobil rabitə və internetin işində fasilələr barədə məlumatlar var.

Sonradan məlum oldu ki, işıq ümumən bütün Ukraynada kəsilib.

Mənbə:Mk.ru


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.323780