Saat:12:10
Haqqımızda

Kiyev kifayət qədər döyüş sursatı alacağını gözləyir - Denis Şmıqal

2024-03-19 21:44:19

Kiyev kifayət qədər döyüş sursatı alacağını gözləyir - Denis Şmıqal

Ukrayna aprel ayında kifayət qədər döyüş sursatı alacağını gözləyir.

Bunu Ukraynanın Baş naziri Denis Şmıqal Lüksemburqda bildirib.

Qeyd edək ki, martın 20-də D.Şmıqal Brüsseldə Aİ-Ukrayna Assosiasiya Şurasının iclasında iştirak edəcək.

Daha əvvəl Avropa Komissiyası təsdiqləyib ki, Brüsselin Ukraynaya 2023-cü il martın 20-dən 2024-cü il martın 19-dək olan müddətdə 1 milyon döyüş sursatı tədarük etməyə dair vədi yerinə yetirilməyib və martın sonuna qədər çatdırılan mərmilərin həcmi təxminən 500 min təşkil edəcək. \\Ölkə.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.182460