Saat:23:07
Haqqımızda

Kiyev Ankaraya Ukraynanı bərpa etməyi təklif edib

2025-02-26 13:37:26

Kiyev Ankaraya Ukraynanı bərpa etməyi təklif edib

Hurriyyet.az xəbər verir ki, Kiyev Ankaraya Ukraynanın bərpasını təklif edib.
"Türkiye" qəzetinin yazdığına görə, Ukrayna münaqişə bitdikdən sonra ölkənin bərpası üçün layihələr olan sənədi Türkiyəyə təqdim edib.
Qəzet yazır: "Ukrayna 2025-ci ilə planlaşdırılmış layihə dosyalarını Türkiyə tərəfinə təqdim edib. Aprel və may aylarında təcili layihələr üçün tenderlər elan ediləcək". 
Qəzetin yazdığına görə, həmin dosyaya energetika və enerji effektliliyi, sosial yaşayış və su təchizatı  barəsində layihələr daxil edilib.
Hürr Tərcüman