KİV: “Türkiyə Boğazlardan keçidin rüsumunu 5 dəfə artırıb”

2022-08-29 21:23:00

KİV: “Türkiyə Boğazlardan keçidin rüsumunu 5 dəfə artırıb”

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin yeddinci ayında Türkiyə Qara dəniz boğazlarından keçidin qiymətini artırmaq qərarına gəlib.
Bu barədə "Sabah” məlumat yayıb.
Oktyabr ayında ödəniş birdən-birə beş dəfə artırılacaq. Məlumata görə, mayak, tibbi xidmət və ticarət gəmilərinin evakuasiyası üçün haqların artırılması boğazlarda naviqasiyanı tənzimləyən Montrö Konvensiyasında nəzərdə tutulub.
Türkiyədə 1983-cü ildə tətbiq edilən Boğaziçi və Çanaqqala boğazından keçid haqqının yığılması üçün ödəniş sistemi ləğv edilib. Türkiyə ödənişi fransız frankı ilə hesablayır. 1983-cü ildə frank 0,8 dollar səviyyəsində müəyyən edilib. İnflyasiya və qızılın qiymətinin artması ilə əlaqədar olaraq ödənişlər praktiki olaraq ucuzlaşıb.
2022-ci il oktyabrın 7-dən frankın məzənnəsi dörd dollar səviyyəsində müəyyən ediləcək.
İlkin hesablamalara görə, Türkiyənin boğazlardan keçiddən əldə etdiyi illik gəlir 40 milyon dollardan 200 milyon dollara yüksələcək.
Rusiya Ukraynanı işğal etdikdən az sonra Türkiyə Bosfor və Dardanel boğazlarından hərbi gəmilərin keçməsini qadağan edib. \\Demokrat.az 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061292