KİV: Şimali Koreya sualtı qayıqdan ballistik raket buraxıb

2022-05-07 17:45:00

KİV: Şimali Koreya sualtı qayıqdan ballistik raket buraxıb

Şimali Koreya şənbə günü sualtı qayıqdan Yapon dənizi istiqamətində ballistik raket buraxıb.

Hurriyyet.az AZƏRTAC-a istinadla xəbər verir ki, Cənubi Koreyanın Baş Qərargahı raketin mayın 7-də yerli vaxtla saat 14:07-də Sinpo şəhəri yaxınlığından atıldığını bildirib. Məlumata görə, 60 kilometr hündürlüyə qalxan ballistik raket 600 kilometrə qədər məsafə qət edib.

“KXDR-in raket sınaqları Koreya yarımadasında və beynəlxalq aləmdə sülh və sabitliyə xələl gətirən ciddi təhdid aktlarıdır və BMT Təhlükəsizlik Şurasının qətnamələrini açıq şəkildə pozur”, - deyə Baş Qərargahdan qeyd edilib.

Qeyd olunur ki, bu, Şimali Koreyanın ilin əvvəlindən bəri həyata keçirdiyi 15-ci raket sınağıdır.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya