KİV: ABŞ-ın Suriyadakı bazasına PUA hücumları olub
2023-11-02 11:04:22

Hurriyyet.az xəbər TASS informasiya agentliyinə istinadla verir ki, ABŞ-ın Suriyadanın şərqindəki Əl Ömər neft yatağının yaxınlığında yerləşən hərbi bazası hərbi dronların hücumuna məruz qalıb. Bu barədə məlumatı İSNA agentliyi verib. Hadisənin təfərrütları açıqlanmır.
Oktyabrın 31-də “İraq islam müqaviməti" dəstələri ABŞ-ın Deyr əz Zor vilayətindəki ABŞ hərbi bazasını raket atəşinə tutmuşdular. Şahidlərin ifadəsinə görə, hərbi bazanın ərazisində bir neçə partlayış baş verib. Amerika komandanlığı həmin hücumlar barəsində məlumat verməyib.
Hürr Tərcüman
