Saat:04:29
Haqqımızda

"Kissincerdən fərqli olaraq, Soros Putini mümkün qədər tez məğlub etməyə çağırıb" - XAQANİ CƏFƏRLİ

2022-05-26 11:21:00

"İstibdada baş əymək istəməyənlər üçün Vladimir Zelenski, Valeri Zalujnı və Dmitri Kulebanın fəaliyyəti nümunə olmalıdır"

"Ağ Evin siyasətinə heç bir təsir imkanı olmayan qoca Henri Kissincerin Ukraynanın Rusiyaya güzəştə getməsinin zəruri olması haqqında fikirlərini ABŞ "dərin dövlət"in mövqeyi kimi təqdim edənlər, qəbul edənlər var. Görünür, onlar ABŞ-da və Qərbdə "dərin dövlət" dedikdə tamamilə fərqli anlayışın nəzərdə tutulduğundan xəbərsizdirlər". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli bildirib.

Politoloqun sözlərinə görə, Henri Kisincerdən fərqli olaraq Qərbin siyasətinin formalaşmasına ciddi təsir göstərmək imkanına malik olan milyarder və xeyriyyəçi, Açıq Cəmiyyət Fondunun təsisçisi Corc Soros Vladimir Putini mümkün qədər tez məğlub etməyə çağırıb: "Soros hesab edir ki bu, Qərb sivilizasiyasını qoruyub saxlamağın ən yaxşı və bəlkə də yeganə yoludur. ABŞ, Böyük Britaniya və onlarla dövlət məhz bu cür düşünür, bu məqsəd üçün çalışır. Kimin nə deməsindən əhəmiyyətli isə Ukraynanın nə düşündüyü, nə etdiyidir. Ukrayna dövlətinin əsas simalarından biri, xarici işlər naziri Dmitri Kuleba bildirib: "Dünyanın yarısı bizə qarşı silaha sarılsa da bizi güzəştə getməyə məcbur edə bilməyəcəklər. Biz heç vaxt Ukrayna ərazisinin heç bir hissəsinin itirilməsi ilə razılaşmayacağıq. Biz heç vaxt Rusiya ordusunun Ukrayna ərazisində olmasına razı olmayacağıq". Berluskoni, Kisinncer kimilərini dinləməyə dəyməz. Co Bayden və Boris Consunu dinləyin, Vladimir Zelenski, Valeri Zalujnı və Dmitri Kulebanın fəaliyyətini izləyin".

Xaqani Cəfərli Cəfərli əlavə edib ki, təslim olmaq üçün bəhanə axtaranlardan fərqli olaraq istibdada baş əymək istəməyənlər üçün Vladimir Zelenski, Valeri Zalujnı və Dmitri Kulebanın fəaliyyəti nümunə olmalıdır.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR