Saat:13:12
Haqqımızda

Kişinyovda Prezident Əliyevin qovluğu niyə yox idi?

2023-06-02 16:58:00

Kişinyovda Prezident Əliyevin qovluğu niyə yox idi?

Kişinyovda “beşli görüş” masasında bir detal diqqətimi çəkdi. Fransa prezidenti Makronun və Avropa Birliyi rəsmisi Şarl Mişelin qarşısında göyümtül, Paşinyanın qarşısında da qara rəngli qovluq vardı.

Alman kanslerinin qarşısına da qeyd üçün vərəq qoyulmuşdu. Azərbaycan Prezident İlham Əliyevin qarşısında isə heç nə gözə dəymirdi. Verilən qısa süjetdə Makronun papkanı açdığı, nələrsə baxdığı göründü. Paşinyan isə qaşlarını çatmış, masada sanki bütün pullarını uduzmuş, “kitabı bağlanmış” adam kimi oturmuşdu. Onun qovluğu açıb-açmadığı bilinmədi. İlham Əliyevin isə sifət cizgilərdə ənənəvi arxayınlıq, özgüvən və rahatlıq vardı. Bilmirəm, bəlkə qeyri-rəsmi görüş başlayanda Prezident Əliyevə də köməkçiləri hansısa sənəd gətiriblər. Hər halda, görünən mənzərə təsvir etdiyim kimi idi...

Bu müşahidəmdən çıxardığım qənaət budur ki, masada ən güclü tərəf Azərbaycan və onun Prezidentidir. Daha nə deyiləsi söz qalıb, nə Paşinyanın ora-bura daşıdığı qara qovluğundakı şikayətə baxmağa həvəs. Hər şey aydındır- ortada 10 noyabr sənədi var, onun icrası vacibatdır, kağız-qələm bir də o zaman ortaya gəlməlidir ki, nəhayət Ermənistanın baş naziri sülh razılaşmasını imzalamağa qərar versin. Qalan işlər ya təfərrüatdır, ya da texniki məsələ...

222-(-1610358409.jpg (24 KB)

Kişinyov görüşünün nəyə lazım olduğunu, doğrusu anlamaq çətindir. Şəxsi qənaətimə görə, vaxt itkisi idi. Amma Prezident Əliyevin mövqeyi belədir ki, Azərbaycan heç vaxt danışıqlardan imtina etmir, sadəcə bu danışıqları təklif edənlər 44 günlük müharibənin yaratdığı reallıqları qəbul etsinlər, Ermənistana öhdəliklərini yerinə yetirməyin vacibliyini anlatsınlar ki, nəhayət regiona gözlənilən sülh gəlsin. Bu reallığı anlamayacaqlarsa, Vaşinqtonda da, Brüsseldə də bundan əvvəlki və bundan sonrakı danışıqların çətin ki, faydası olsun.

Şarl Mişel bacarıqlı diplomatdır, indiyədək bu danışıqlarda da kifayət qədər enerji sərf edib, açıqlamaları da balanslıdır. Fəqət, bu danışıqları ölkədən-ölkəyə, masada-masaya daşımağın anlamı da yoxdur. Makron və Şoltz bu münaqişənin tarixini bilirlər, əgər sülh sazişində təminatçı(qarantor) ölkə olmaq istəyirlərsə, bu yaxşıdır. Amma bu danışıqlarda məqsəd yeni “Makron-Şoltz formatı” yaratmaq istəyidirsə, buna qarşıyıq. Ermənistan arzulayır ki, ATƏT formatı dağıldığı üçün sülh saziş müzakirələrinə daha çox ölkə cəlb etsin. Etiraf edək ki, buna qismən də nail olur. Amma ermənilər anlamırlar ki, bu çoxbucaqlı danışıqlar Azərbaycanı reallıqların əksinə addım atmağa yönəltməyəcək. Ermənistanda dinc, Qarabağdakı erməni əhalisinin rahat yaşamasını istəyirlərsə, o qara qovluğa, ora-bura şikayətlənməyə gərək yoxdur. Ortada 10 noyabr sənədi, Azərbaycanın neçə ay əvvəl təklif etdiyi sülhün 5 baza prinsipi var, daha dağa-daşa düşməyin, anlamı nə?

moskva1.jpg (84 KB)

ABŞ və Avropa Birliyinin sülh sazişinin imzalanması üçün etdiyi cəhdləri qaralamaq fikrindən uzağam, amma bu qədər uzatmağa da gərək yoxdur. Ermənistan neçə aydır sülh razılaşmasını çəkib-çevirir, baxır, bir də baxır, sonra qəbul edilməsi mümkün olmayan nəsə təklif verir, sonra yenə, yenə...Aydındır ki, tarixi 100 illərə gedən və son 30 ildə iki dəfə müharibə ilə nəticələnmiş münaqişənin həlli asan olmaya bilər. Pisi budur ki, torpaqlarımızda məskunlaşmış ermənilər özlərini sivil toplumdan daha çox Afrika cəngəlliklərində dövlətə qarşı əlinə silah almış etnik qruplaşmalara bənzədirlər. Onların öhdəsindən dövlət gələ bilər, Prezident Əliyev Laçında son xəbərdarlığını edib. Silahı yerə qoymasalar, aqibətləri pis olacaq.

Makron və ya Şoltzun canı yanırsa, ermənilər yaxşılıq etmək istəyirlərsə, Xankəndi quldurlarını İrəvana dəvət etsinlər, onları başa salsınlar. Yoxsa Brüsselin qəsrlərində, Vaşinqtonun uca binalarında həll olunası real heç nə yoxdur. 

photo_84381_19-05-2023_18-12-01.jpg (40 KB)

Guya Kişinyovda hansısa mühüm sənəd imzalanacağı haqda deyilənlər də boş çıxdı. Elə bundan əvvəlki Moskva görüşü kimi oldu. Bunun səbəbi isə nə Putindir, nə müsyölər. Daha deyiləsi söz, müzakirə ediləsi nə qalıb ki? Ermənistan bəyan edib ki, Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Azərbaycan da Ermənistana torpaq iddiası olmadığını bəyan edib. Komissiyalar var, sərhəd xətləri böyük ölçüdə məlumdur, anklavların taleyində də sual doğuracaq nələrsə varsa, onu da həll etmək mümkündür.

Ermənistan isə bu işi uzatdıqca, uzadır. Uzatmağa da çalışacaq. Bu səbəbdən sərhəddə gərginliklər yenə davam edəcək, yenə bir itki bizdən, üçü onlardan olacaq...

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR