Kişilərin Omeqa -3 qəbul etməsi həyati vacibdir

2023-05-17 21:08:00

Kişilərin Omeqa -3 qəbul etməsi həyati vacibdir

Hər bir kişi 30 yaşdan sonra Omeqa 3 qəbul etməlidir. El arasında ona balıq yağı deyirlər. Amma Omeqa -3 təkcə balıq yağında olmur.

Hurriyyet.Az xəbər verir ki, həkim – uroloq Aleksandr Zidzariyanın sözlərinə görə, bu yağ turşuları yüksək testosteron səviyyələrinə məsuldur.

Kişilərə Omeqa - 3 nə üçün vacibdir?

İnamlı cinsi funksiya

Əzələ kütləsinin böyüməsi üçün

Məşqdən sonra bərpanı sürətləndirir

Piylənmə riskini azaldır

İmmuniteti gücləndirir

Xüsusilə Omeqa-3-ün iki komponentinə diqqət yetirin:

eikosapentaenoik (EPA)

dokosaheksaenoik (DHA) turşusu,

Çünki onlar:

Sperma hərəkətliliyini yaxşılaşdırır

Retinanı yaşa bağlı məhv olmaqdan qoruyur

İmmuniteti dəstəkləyir

DHA beyin hüceyrəsi toxumalarının qurulması üçün zəruri bir komponent kimi xidmət edir.

Omeqa-3 yağ turşularını qidalardan da almaq olar. Solmon, skumbriya və siyənək balıqları, balıq qaraciyəri.

Eləcə də hazır qida əlavələri – tablet şəklində gündə içmək olar. \\Medicina.Az

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.230289