Kişi şahmatçılardan ibarət millimiz növbəti qələbəsini qazandı

2022-07-30 20:26:00

Kişi şahmatçılardan ibarət millimiz növbəti qələbəsini qazandı

Kişilərdən ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb.

Yığma II turda Filippin seçməsinə qalib gəlib.

Qədir Hüseynov və Nicat Abbasov rəqiblərini məğlub edib, Vasif Durarbəyli isə heç-heçəyə razılaşıb. Hazırda Rauf Məmmədovun görüşü davam edir. 34 yaşlı qrossmeyster məğlub olsa belə, yekun nəticə dəyişməyəcək.


Komanda ilk turda Əlcəzairi 4:0 hesabı ilə üstələyib.

II tur

Filippin – Azərbaycan – 0,5:2,5

Mark Paraqua – Rauf Məmmədov

Rocerio Barcenilya – Qədir Hüseynov - 0:1

Con Pol Qomes – Vasif Durarbəyli - 0,5:0,5

Paulo Bersamina – Nicat Abbasov - 0:1

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.

Kərim
Demokrat.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.070231