Saat:18:17
Haqqımızda

“Kişi özünü saxlaya bilmirsə, evlənməsin” - Ayan

2024-09-28 19:57:16

  “Kişi özünü saxlaya bilmirsə, evlənməsin” - Ayan

Ayan Babakişiyevadan mübahisəli açıqlamalar

Müğənni Ayan Babakişiyeva açıqlaması ilə müzakirələrə səbəb olub. 

Hurriyyet.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Həmin Zaur" verilişində aparıcının "Kürəkəninə şərait qurarsan" sualına əsəbiləşib: 

"Mən niyə edirəm? Qızımla əl-ələ verib özləri etsin. Bir kişi birinci özünü saxlaya bilmirsə, evlənməsin, heç kimi bədbəxt etməsin. Övladımı böyüdürəm, hamı əziyyətlə uşaq böyüdür. Heç kim övlad böyütmür ki, sonra əziyyət çəksin. Onsuz biz onu əziyyətlə böyüdürük. Hər kəs ürəyinin payını alsın".

Onun bu sözlərinə rəqqasə Fatimə Fətəliyeva etiraz edib: 

"Qızım ailəlidir, qazanan, ruzili , qazanan kürəkənim var. Amma yenə də sağ əlim onların üstündədir. Kim üçün qazanırıq? Oğlum var, atası var. Xəyal (oğlunun atası - red.) dünyasını dəyişsə, oğlumun hər şeyi var: bağı, obyekti. Hər şey oğlumun adınadır. Qızımı əziyyətlə böyütmüşəm". 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.190910