Kiselyov: Bakı məhv edəcəkdi, Putin xilas etdi - Video

2023-09-11 16:02:57

Kiselyov: Bakı məhv edəcəkdi, Putin xilas etdi - Video

Nikol Paşinyan bu yaxınlarda Azərbaycanın 1991-ci il sərhədləri daxilində ərazi bütövlüyünü tanıdı, yəni “Qarabağ Azərbaycandır” dedi.

Hurriyyet.az xəbər verir ki, bunu “Rossiya seqodnya” media qrupunun baş direktoru Dmitri Kiselyov müəllif verilişində Ermənistan rəsmilərinin Rusiya əleyhinə çıxışlarına cavab olaraq deyib.

“Daha əvvəl, o, nümayişkaranə şəkildə Şuşaya yollanaraq rəqs etmişdi və bu, Azərbaycan üçün həddən artıq böyük qıcıq, problemin hərbi yolla həllinə təkan oldu. Daha sonra mühasirəyə düşmüş 30 min erməni hərbçini Putin xilas etdi. Əks təqdirdə, qan su yerinə axacaqdı. Yaxşı olardı ki, bunu unutmasınlar. Sındırmaq qurmaq demək deyil. Bu, dövlətlərarası münasibətlər üçün də ədalətlidir. Bu yolda Ermənistan üçün qalibiyyət yoxdur”, - Kiselyov bildirib./axar.az/


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.102280