Saat:04:21
Haqqımızda

Kirvənin qızı ilə evlənmək GÜNAHDIR? - İlahiyyatçı AÇIQLADI

2023-05-27 00:03:00

Kirvənin qızı ilə evlənmək GÜNAHDIR? - İlahiyyatçı AÇIQLADI

“Kirvədən qız almazlar, qız verməzlər”, yaxud, “Kirvə kirvənin damının üstünə çıxmır ki, başına torpaq tökülər” kimi el məsələləri mərasim folklorunun qızıl qaydalarındandır. Mərasim folklorumuza nəzər saldıqda sünnətə aid olan bir çox görklərə rast gələ bilərik ki, onlardan da ən məşhuru kirvəlikdir. Kirvəlik adət-ənənəsi bu gün ölkəmizin ayrı-ayrı bölgələrində yaşamaqdadır.

Bəs kirvəlik məsələsinin kökü haradan qaynaqlanır və islamda kirvəlik anlayışı var?

Bu barədə Referans-ın sorğusunu cavablandıran ilahiyyatçı Təyyar Hüseynlinin sözlərinə görə, kirvəliyin islamla heç bir əlaqəsi yoxdur:

“Ümumiyyətlə islamla əlaqəli olan məsələ oğlan uşaqlarının sünnət olunması ilə bağlı olan anlayışdır. Uzun illərdən bəri oğlan uşaqlarının sünnət olunması ilə bağlı anlayış olub və bu Allahın rəsulunun, yəni Məhəmməd peyğəmbərin tövsiyyə və məshətlərindəndir. Heç bu gün insanların çoxu sünnət sözünün mənasını və ya nə anlama gəldiyini bilmir. Hətta bəzi Qafqaz xalqlarında qızların belə sünnət olunması adəti var, lakin biz bunu inkar edirik, bu düzgün deyil. Kirvəlik elə bir anlayışdır ki, yəni bir insanın özünə ən yaxın bilidiyi şəxsdir. Qohumdan belə yaxın insan sayılır. Oğlan uşağını sünnət elətdirən şəxs öz uşağına kirvəyə əmanət edir. Kirvə bir ailəyə ən yaxın insan hesab olunur. Yəni kirvə nə qədər bir ailəyə yaxındırsa, insan öz övladını ona əmanət edir və uşağının müsəlmanlığı onun qucağında qəbul etməsini istəyir. Qısacası kirvəlik bir növ adət-ənənə kimi və ya mentalitet də deyə bilərik”.

İlahiyyatçı bildirib ki, el arasında kirvədən qız almazlar, kirvəyə qız verməzlər kimi bilinən və digər deyimlər həqiqəti əks etdirmir və islamda bununla bağlı qadağa mövcud deyil:“Kirvəlik məsələsinə daha çox ölkəmizin qərb ərazisində ciddi yanaşılır və çox önəm verilir. Bəzən də məsəllər deyilir, kirvə kirvənin damının üstünə çıxmır, kirvədən qız almaz, qız verməzlər və s. Yəni bunların hamısı əsassız və yanlış düşüncələrdir".

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR