Kimlərə lobya, mərci yemək olmaz?

2022-08-27 23:56:00

Kimlərə lobya, mərci yemək olmaz?

Elmi tədqiqatlar sübut edib ki, həftə ərzində qidasında lobya, mərci olan insanlarda yüksək təzyiq, ürəyin işemiyası, infarkt, damarların tutulması riski 10% azdır.

Eləcə də onlar piylənmədən əziyyət çəkmir.

Bunula belə, bəzi insanlara paxlalı bitkilər olduqca zərərlidir. Rusiyalı dietoloq-endokrinoloq Yelena Şetinina bu barədə danışıb.

“Sidik turşusu yüksək olanda və podaqra olan insanlara rasionundan paxlalıları xaric etməyi məsləhət görürük. Çünki bu qidalar turşu səviyyəsini artırır və xəstəliyi şiddətləndirir”.

Həkim həmçinin mədə-bağırsaq traktının patologiyası olanlara paxlalı bitkiləri məsləhət görməyib.

“Yəni, paxlalı bitkiləri yalnız xəstəliyin kəskinləşməsi olmadığı dövrdə yemək olar”, - deyə Şetinina əlavə edib.

Mənbə: Gazeta.ru


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.078291