Saat:06:43
Haqqımızda

Kimlər məsuliyyətə cəlb edilməlidir: saxta diplomlu hakimləri Prezidentə təqdim edənlər, yoxsa bu gün həmin məlumatları gizlədənlər?

2024-02-07 15:06:03

Kimlər məsuliyyətə cəlb edilməlidir: saxta diplomlu hakimləri Prezidentə təqdim edənlər, yoxsa bu gün həmin məlumatları gizlədənlər?

“Hüquqları Pozulmuş Məhkumların Müdafiəsi və Maarifləndirilməsi” İctimai Birliyi tərəfindən Hurriyyet.az saytına müraciət daxil olub. Həmin müraciəti olduğu kimi dərc edirik:

“Yadınızdadırsa yaxın keçmişdə “Google”-da söz axtarışına çıxanda, istənilən məhkəmə inistansiyalarının hakimlərinin siyahısını və hakimlər haqqında qısa da olsa, məlumat əldə edə bilirdik. Ən azından hakimin oxuduğu ali təhsil ocağı, hakimlik postuna təyin edilənə kimi əmək fəaliyyətinə haradan başlaması, hansı sahələrdə işləməsi, iş təcrübəsi barədə və s. bu kimi qısa məlumatları portalda yerləşdirmişdilər. Bu da bəyənilən və nörmal hal idi.

Bu kimi məlumatın portalda yerləşdirilməsi hansısa qanun pozuntusu və yaxud da qəbahət də deyildi. Hətta bəzi insanlar bu kimi məlumatları internet üstündən yerləşdirməklə fəxr edirlər ki, mən buyam. Niyə də fəxr etməsinlər!?               

Ona görə bəyəniləndir ki, ən azından məhkəmə prosesində iştirak edən tərəflər hakim haqqında öncədən məlumatlı olurdular, ən azından hakimin şəxsiyyətinə, savadına, aldığı təhsil ocağına, iş təcrübəsinə görə ona hörmətlə yanaşırdılar, eyni zamanda özlərində məsuliyyət hiss edirdilər. Bunun nəyi pisdir?              

Bəs deyəcəksiniz indi nə baş vermişdir?                    

Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının sədri və aparatın rəhbəri dəyişdikdən qısa müddət sonra, hakimlərin şəkilləri və hakimlər haqqında olan bu qısa məlumat bütün portallardan yığışdırıldı və silinmiş məlumatın aşağı hissəsində “yenilənir” sözü yazılmışdır.

İlk baxışda adama elə gəlir ki, Məhkəmə Hüquq Şurasının sədri və MHŞ-ı aparatının rəhbərliyi dəyişdiyi üçün, yəqin hakimlər haqqında məlumatı da yeniləmək istəyirlər.

Qabaqcadan danışmağın düşər-düşməməzliyi olar, fəlsəfəsindən yanaşaraq, gözləməyə üstünlük verdik. Baxmayaraq ki, üstündən aylar keçmişdir, hakimlər haqqında məlumat hələ də yenilənməmişdir.

Məsələdən agah olub bilənlərə müraciət etdik. İlk öncə bildirdilər ki, hakimlərin haqqında portalda yerləşdirilmiş məlumatın silinməsində və məlumatın yenilənməməsində yeni təyin olunmuş MHŞ-nın sədrinin və aparat rəhbərinin heç bir günahı yoxdur.                                                           

MHŞ-nın sədri İnam Kərimov və Aparat rəhbəri Kərəm Mansurov tərəfindən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, son 20 ildə məhkəmə instansiyalarına təyin edilmiş hakimlərin təxminən 50-60 %-nin diplomu saxtadır, hüquqi təhsilləri və hüquq təcrübələri olmamışdır və yaxud da hakim təyin edildikdən bir neçə il sonra diplom əldə etmişlər.            

Qısa və konkret bildirirlər ki, 20 ildir Məhkəmə Hüquq Şurası “atın qabağına əti, itin qabağına otu qoymuş” və “həkimi hakim, möllanı müəllim təyin etdirmişlər”.          

Guya MHŞ-nın sədrinə və aparat rəhbərinə başa salıblar ki, saxta diplomlu hakimlər barədə məlumat yayılsa və bu cinayətin üstünü açsalar onların özləri üçün yaxşı olmaz. Dəyənəyin iki başı var. Bir baş qarşıdakının başına dəysə də, əlində olan ucu onları incidəcəkdir. Nə etməli? Portaldan məlumatlar silinməlidir. Belə də ediblər.                        

Heç kimə sirr deyil ki, yaxın keçmişdə də bir neçə rayon hakimlərinin saxta diplomla hakim təyin edilməsinin üstü açıldığına görə hakimlik kürsüsündən uzaqlaşdırılmışlar. Hətta bu gün də Ayaz Məmmədov adlı hakim var ki, guya uzun illər “Güllü-Bulaq” firmasında hüquqşunas işləmişdir və Türkiyədə oxumuşdur. Leyla Talıbova adlı hakim var ki, bir gün hüuqşünas işləmədən Qaradağ Sosial Müdafi Fondundan birbaşa hakim təyin edilmişdir. Bu siyahını uzatdıqca-uzatmaq olar...

MHŞ-nın sədri İnam Kərimov və MHŞ-nın aparatının rəhbəri saxta diplomlu hakimləri bu cür gizlətməklə gələcəkdə daha da ağır fəsadların törədiləcəyinə zəmin yaratmışlar.

Saxta diplomlu insanların şəxsi işlərini hazırlayıb cənab Prezidentin masasının üstünə qoyan məmurdan, bu gün, bu kimi məlumatlar gizlədən MHS-nın sədri və aparat rəhbəri daha böyük qəbahətə yol vermişdir. Saxta diplomlu hakimlər vaxtında ifşa edilsələr, insanlar onları tanıyarlar və gələcəkdə “vəkil” olsalar belə, insanlar onların ovuna düşməzlər.

MHŞ-nın sədri İnam Kərimov və aparat rəhbəri bilməliydilər ki, saxta diplomlular təkcə məhkəmələrə hakim təyin edilməmişlər, onlardan Ədliyyə Nazirliyi sistemində də vardır. Əldə etdiyimiz məlumata görə, saxta diplomla uzun illər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəssisələrində rəis vəzifəsində işləmiş və bu gün də Ədliyyə sistemində, Ədliyyə polkovniki rütbəsində - idarə rəisi vəzifəsində işləyən məmur var. Bu məsələ ilə bağlı dəqiqləşdirmə aparırıq...

Görünür, MHŞ-nın sədri İnam Kərimov saxta diplomlu hakimlərin iç üzünü ört-basdır etməkdə yanılmışdır. Eyni zamanda, İnam Kərimov bilməliydi ki, kimlərəsə xatir cinayəti gizlətmək gələcəkdə məsuliyyət yaradır.

Prezident seçkilərindən sonra bu barədə cənab Prezidentə rəsmi müraciət etmək məsuliyyətini üzərimizdə saxlayırıq. Hər kəs bilməlidir ki, törətdiyi qanunsuz hərəkətlərinə görə cavab verməli olacaqlar.

Bununla bağlı, İB-ə daxil olan əlavə məlumatları da  Sizlərlə  paylaşım edəcəyik”.

“Hürriyyət”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.180179