"Kimə əlim dəyibsə məşhur olub, bircə sənə toxuna bilməmişəm" - VİDEO

2022-05-11 20:30:00

Yaşadığı ciddi sağlıq problemləri səbəbindən uzun müddət müalicə olunan tanınmış türkiyəli şoumen Mehmet Ali Erbil ötən gün mükafatlandırma mərasiminə qatılıb.

Mükafatı təqdim etmək üçün səhnəyə çıxan Erbil gecənin aparıcısı Melike Öcalana gözlənilməz sözlər deyib.

Mükafatı götürərkən Öcalana tərəf dönən şoumen "necə gözəlləşmisən. Əlimi vurduqlarım məşhur olurdu. Bircə sənə əlimi vura bilmədim", - deyib.

Öcalan isə "şokdayam. 20 ildə belə şey eşitməmişdim", - deyə reaksiya verib.

Erbilin bu davranışı sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.

 

Qafqazinfo


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya