"Kim terrorçunu göndərirsə, bunun bədəlini ödəyəcək..." - İsrail prezidenti Ərdoğana minnətdarlıq etdi

2022-06-20 09:28:00

"Hər iki ölkə terrorçularla birgə mübarizə aparmalıdır"

"Türkiyədə terror aktı təhlükəsi qalmaqdadır..."

Xüsusi xidmət orqanları israilliləri qətlə yetirmək əmri alan terrorçuların axtarışını davam etdirir

İsrail prezidenti İshaq Hersoq bazar günü, iyunun 19-da, özünün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb. Söhbət zamanı onlar İstanbulda israillilərə qarşı İranın terror aktları və mümkün hücumları fonunda vəziyyət müzakirə edilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Vesti" nəşri yazıb.

İsrail prezidentinin sözlərinə görə, təhlükə hələ də mövcuddur və hər iki ölkə terrorizmlə birgə mübarizə aparmalıdır.

Hersoq Türkiyə torpağında terror aktlarının qarşısının alınması üzrə səylərinə görə Ərdoğana minnətdarlıq edib və onun hökumətlər və xalqlar arasında əməkdaşlıq və etimadın möhkələndirilməsinə verdiyi tovhəni vuğulayıb.

Qeyd edək ki, İsrailin səlahiyyətli orqanları həmçinin İran agentlərinin Türkiyə torpağında İsrail vətəndaşlarına hücum ehtimalını istisna etmir.

Təhlükəsizlik qüvvələrinin məlumatına görə, Türkiyədə hələ də diversiya qrupları fəaliyyət göstərə bilər.

Türkiyədə israillilər ətrafında vəziyyətlə bağlı iyunun 19-da baş nazir Naftali Bennet də hökumətin həftəlik iclasında danışıb.

O, qeyd edib ki, İsrail lazımi tədbirləri görür, Türkiyə ərazisində israillilərə qarşı terror aktlarının qarşısının alınması üzrə əməliyyat davam edir.

İsranbulda olan İsrail vətəndaşları üçün təhlükə əvvəlkitək yüksəkdir, israillilər məsuliyyət göstərməli və təhlükəsizlik qaydalarına riayət etməlidir, - o, əlavə edib.

"Biz terrorçuları təşkil edənlərə və istiqamətləndirənlərə zərbə vurmaqda davam edəcəyik.

Bizim yeni qaydamız belədir: kim terrorçunu göndərirsə, bunun bədəlini ödəyəcək".Moderator.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya