Kim Kardaşyan Laçın dəhlizində baş verənlərdə həmqəbilələrinə dəstək verdi
2023-01-04 16:53:00

Erməni kimliyinin fəxri siması Kim Kardaşyan erməni-rus-fransız tərəflərinin kriminal şəxslərinin körüklədiyi Laçın dəhlizi ətrafında yaradılmağa hesablanmış ajiotaja dəstək vermək üçün təşəbbüs göstərib.
Belə ki, erməni əsilli Amerika realiti-şousunun ulduzu Kim Kardaşyan İnstaqramın hekayələr bölməsində “Platinum Motorsports” lüks avtomobil tüninq şirkətinin təsisçisi Corc Keşişyanın Laçın dəhlizi ətrafında yaranmış vəziyyətə diqqət yetirməyə çağıran yazısını paylaşıb.
“Azərbaycanın 23 günlük blokadası səbəbindən Artsax qaranlıqdadır. Dünyanın diqqətinə ehtiyacımız var”, deyə Kardaşyan və Keşişyan yazıb.
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya