Kim Çenin yanındakı naməlum qadın kimdir? - Foto

2022-04-19 14:03:00

Kim Çenin yanındakı naməlum qadın kimdir? - Foto

Şimali Koreya lideri Kim Çen İnin əhatəsində naməlum qadın görüntülənib.

Hurriyyet.az xəbər verir ki, bu barədə “NK Nyus” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, 30-40 yaşlarında olan naməlum qadını son həftələr rəsmi KİV-lərin yayımladığı görüntülərdə görmək olar.

Belə ki, o, bu ay Kim Çen İni dörd ictimai tədbirdə müşayiət edib. Xüsusilə ötən həftə yayımlanan bir neçə kadrda Şimali Koreya liderinin hərəkət etdiyi limuzinlərin yaxınlığında görüntülənib.

“NK Nyus” yazır ki, əksər hallarda bu qadın böyük qara çanta ilə ictimaiyyət qarşısına çıxır. Ola bilsin ki, çantanın içərisində Şimali Koreya rəhbərinə hər an lazım ola biləcək əşyaları – dərmanlar və rabitə vasitələrini daşıyır. Bundan əlavə, fevral ayında partiyanın iclaslarından birində həmin qadın çıxışından əvvəl sənədləri şəxsən Kim Çen İnə verib.

Nəşrin məlumatına görə, bu qadın Şimali Koreya liderinin yeni köməkçisidir:

“Onun şəxsiyyətini müəyyən etmək hələlik mümkün deyil, lakin onun KXDR rəhbərinin ögey bacısı Kim Sol Son ola biləcəyi güman edilir”.

Kim Çen İnin ögey bacısı haqqında demək olar ki, heç nə məlum deyil. Şimali Koreyadan qaçan rəsmilərin dediklərinə görə, qadının 48-49 yaşı var. O, Kim Çen İrin ikinci evliliyindən olan qızıdır və mənbələrə görə, partiyada mühüm vəzifələr tutub.

“NK Nyus”un məlumatına görə, o, hazırda Şimali Koreya liderinin tədbirlərin planlaşdırılması və təşkili departamentində vəzifə tutur.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya