Kim Çenin Rusiyaya səfər edəcəyi xəbər verilir

2023-09-05 14:01:52

Kim Çenin Rusiyaya səfər edəcəyi xəbər verilir

Hürriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın “Nyu-York Tayms” qəzeti adının açıqlanmasını istəməyən amerikalı rəsmilərin Kim Çen Inla bağlı məlumatını dərc edib. Xəbərdə bildirilir ki, Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çe In iki ölkə arasında hərbi əməkdaşlıq barəsində danışıqlar aparmaq üçün sentyabr ayında Rusiyaya səfər hazırlaşır.

Qəzetin yazdığına görə, Kim Çen In 10-13 sentyabr tarixlərində keçiriləcək Şərq İqtisadi Forumunda iştirak edə bilər. İddiaya görə, KXDR lideri Pxenyandan Vladivostoka zirehli qatarda gedəcək. Onun Moskvaya gedəcəyi də istisna edilmir.

Bəlli olduğu kimi, iyul ayının axırında Kim Çen Pxenyanda RF MN rəhbəri Sergey Şoyqunun başçılıq elədiyi Rusiya nümayəndə heyətini qəbul etmişdi. Şimali Koreya mətbuatının yazdığına görə, görüşdə tərəflər iki ölkə arasında milli təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.135800