Kim Çen “Key-pop” musiqisini xərçəng xəstəliyinə bənzətdi, həbs və ölüm cəzası ilə təhdid etdi

2021-07-19 15:55:00

Kim Çen “Key-pop” musiqisini xərçəng xəstəliyinə bənzətdi, həbs və ölüm cəzası ilə təhdid etdi

Hurriyyet.org xəbər verir ki, Şimali Koreyanın dövlət başçısı Kim Çen In ölkəsindəki  gənclərə xarici təsirləri tənqid edərək, Cənubi Koreya, Yaponiya və yaxud da ABŞ mətbuatına məxsus məhsullara malik olan şəxslərə həbs və edam cəzaları veriləcəyini bildirib.

Şimali Koreyanın dövlət mətbuatı gənclərə ilk növbədə Cənubi Koreya olmaqla, xarici ölkələrin jarqonlarından istifadə etməmələri üçün xəbərdarlıq edib, həmçinin onları Cənubi Koreyanın dəbləri, saç düzümləri və musiqisindən də uzaq durmağa çağırıb.

Bu xəbərdarlıqlara məhəl qoymayanları ciddi cəzalar gözləyir. Yeni qəbul edilən qanunlara görə, xarici təsirlərə uyanlar həbs oluna, hətta edam edilə bilərlər. “Rodong Sinmun” qəzeti Cənubi Koreyanın populyar mədəniyyəti ilə bağlı xəbərində yazıb: “Burjuaziyanın rəngli lövhələri altındakı ideoloji və mədəni təsir əlisilahlı düşməndən də təhlükəlidir”.

Kim Çen Cənubi Koreyadan dünyaya yayılan K-Pop (Key-pop) musiqisini gənclər üçün degenerasiyaya yol açan xərçəng xəstəliyinə bənzədib, xarici təsirlərin ən böyük təhdid olduğunu bildirib. Cənubi Koreya, Yaponiya, yaxud da ABŞ mətbuatına məxsus olan materiallara malik olan şəxslərə Cənubi Koreyada ölüm cəzası verilə bilər. Bu materiallara baxan, yaxud da onları oxuyan şəxslər isə 15 il əsir düşərgəsində saxlanıla bilər.